Əlaqə Arxiv
news Image
2018.11.21
08:30
| A A A
Məktəblilərin payız tətili başa çatıb

Azərbaycanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə verilən payız tətili başa çatıb. 

Movqe.az  xəbər verir ki, tətil noyabrın 16-dan 21-dək davam edib.

Tədris ilinin 5 günlük qış tətili gələn ilin yanvarın 27-dən 31-dək olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Sizin Reklam Yeriniz