Əlaqə Arxiv
news Image
2018.11.21
10:26
| A A A
Gənclər sağlam həyat tərzi istiqamətində yeni biliklər əldə etdi

Movqe.az xəbər verir ki, "Sağlam həyat tərzi və düzgün qidalanmanın təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində "Skalper" XYİB-nin fəaliyyətilə bağlı Bakı Beynəlxalq Mətbuat Mərkəzində yekun tədbir keçirilib. Tədbirdə gənclər, məktəblilər, valideynlər, müəllimlər, təhsi ekspertleri, media nümayəndələri iştirak edib. Burada qeyd olunub ki, "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Skalper" XYİB-nin "Sağlam həyat tərzi və düzgün qidalanmanın təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili" layihəsinin məqsədi sağlam həyat tərzinin, düzgün qidalanmanın təbliği, əhalinin, gənc nəslin sağlamlığının qorunmasına çalışmaqdan ibarətdir. Tədbirin sonunda göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezident Administrasiyası, QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlıq bildirildi.

Sizin Reklam Yeriniz