Əlaqə Arxiv
news Image
2018.11.22
14:03
| A A A
Nazirlik: Bu il özünüməşğulluq proqramı çərçivəsində 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində ölkənin rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərə mal və materialların verilməsi prosesini davam etdirir.

Nazirlikdən Movqe.az-a bildirilib ki, son iki gündə 250-dək proqram iştirakçısına mal və materiallar təqdim olunub.

Son məlumata görə, cari ildə özünüməşğulluq proqramı çərçivəsində bölgələrdə 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb. Onların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir ki, bu da qeyri-neft sektorunun mühüm sahəsi olan aqrar sahədə inkişafa əlavə dəstək verir.

Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilib.

Sizin Reklam Yeriniz