Əlaqə Arxiv
news Image
2018.11.28
13:27
| A A A
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində mediatur təşkil olundu

Movqe.az xəbər verir ki, noyabrın 27-də Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. 
Qeyd edək ki, DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarınını Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə 68 növ xidmət göstərilir.
Masallı DAİM-in əməkdaşlarının sayı 52 nəfərdir. Mərkəzin inzibati binasının 1577 kvadratmetr sahəsi vardır. 3 mərtəbə və zirzəmidən ibarət binada 35 iş otağı, 1 mətbəğ,1 məişət otağı, 1 təlim mərkəzi, 1 iclas zalı var.
Masallı DAİM-də 1 diaqnostik laboratoriya, 1 baktereoloji laboratoriya və mərkəz fəaliyyət göstərir.
Lənkəran Aqrokimya Laboratoriyasının Masallı rayonu üzrə baş aqrokimyaçısı əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşdıırlmasını və kartoqramların hazırlanmasını həyata keçirir.
Lənkəran Toxum Sertifikatlaşdırma Laboratoriyasının Masallı rayonu üzrə baş aqronomu toxumluq əkinlərin aprobasiyasını təşkil edir, toxumların keyfiyyət göstəricilərini müəyyənləşdirir və sertifikatlaşdırma həyata keçirir.
Masallı Bitki Mühafizə Mərkəzi rayon ərazisində kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması, xüsusi təhlükəli zərərvericilərə, karatntin zərərvericilərinə, xəstəlik və alaq otlarına qarşı müşahidə və mübarizə tədbirləri həyata keçirir.
Masallı rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2006-cı il tarixli 65 nömrəli qərarına əsasən epizootik tədbirlər planında nəzərdə tutulmuş, dövlət büdcəsindən maliyyələşən xəstəliklərə (qarayara, quduzluq, dabaq, leptosprioz, qoyunların çiçək xəstəlikıri, bruselyoz REV-1, Brudols19, quşların Nyukasl xəstəliyi, qara-malın nodulyar dermatit xəstəliyi) qarşı profilaktik peyvəndləmələr və diaknostik müayinələr aparır. Bundan başqa rayon Baytarlıq İdarəsi heyvan sahiblərinin öz vəsaiti hesabına digər profilaktik peyvəndləmələr, diqnostik müayinələr, obyektin dezinfeksiyası, dezinseksiyası və deratizasiyası və heyvanların müalicəsiini həyata keçirir.
Baş Dövlət Texniki Nəzarət Xidmətinin Cəlilabad Regional Bölməsinin Masall rayonu üzrə baş məsləhətçisi tərəfindən rayon ərazisində mövcud kənd təsərrüfatı texnikalarının illik texniki baxışı keçirilir.
Masallı DAİM-lə tanış olduqdan sonra Fermer və Koordinasiya Şurasının iclasına qatılan Kənd Təsərrüfatı naziri İnam Kərimov fermerlərlə görüş keçirib, onların qarşılaşdıqları problemlərlə maraqlanıb.
Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da iştirak edib
İ.Kərimov qeyd edib ki, qabaqcıl təcrübə əldə etmiş ölkələrin mütəxəssisləri ilə yeni model təsərrüfatların yaradılması planlaşdırılıb.
İxtisaslaşma üzərində ekspertlərin işlədiyini deyən nazir vurğulayıb ki, hər bir regionun iqliminə, torpağın şəraitinə uyğun məhsuldarlığın planlaşdırılması nəzərdə tutulur. 
                                                                 

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz