Əlaqə Arxiv
news Image
2013.04.24
17:31
| A A A
“Xəzri”də beynəlxalq konfrans keçirib

Daxili İşlər Nazirliyindən Mövqe.az-a daxil olan məlumata görə, aprelin 21-23-də Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyası tərəfindən "Ətraf mühitin dəyişməsi və bitki müxtəlifliyinin qorunması" adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda ABŞ, Almaniya, İngiltərə, Yeni Zellandiya, Finlandiya, Hindistan, Türkiyə, Gürcüstan, İsveçrə, Macarıstan, İtaliya və Rusiyadan olan 30-dan çox tanınmış alim məruzələrlə çıxış etmişdir. Konfrans Azərbaycanda zəngin biomüxtəlifliyin qorunması üçün böyük əhəmiyyət kəsb etmiş və ilk dəfə olaraq iki müxtəlif istiqamət birlikdə – ətraf mühitin dəyişməsi və bitki mühafizəsi geniş aspektlərlə müzakirəyə çıxarılmışdır. Konfransda çirklənmiş ərazilərdə yayılan bitkilərin monitorinqi və qiymətləndirilməsi, ətraf mühitin stress şəraitində real vəziyyətinin qiymətləndirilməsi, təhlükə altında olan endem/relikt növlərin qorunması strategiyasının elmi əsaslarının araşdırılması, çirklənmiş ərazilərin təmizlənməsi və bərpası üçün bioloji yanaşmaların işlənib hazırlanması kimi sahələrdə ən son kəşflər müzakirə olunmuş, sahələrarası əməkdaşlığın möhkəmləndirilməsi məsələləri ilə bağlı tövsiyələr və təkliflər verilmişdir. Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Aslanov, Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev və digər alimlər iştirak etmişlər.

Üç gün davam edən beynəlxalq konfransın təşkilatçıları və iştirakçıları yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər


Sizin Reklam Yeriniz