Əlaqə Arxiv
news Image
2018.12.05
10:29
| A A A
Bayıl yaylası çökə bilər-Həyəcan təbili çalındı

“Təcili müvafiq mühafizə tədbirləri görülməsə Bayıl yaylası çökə bilər. Çünki oranın torpağı, xərəklə daşınaraq doldurulub”. 
Bu sözləri Movqe.az-a açıqlamasında şəhərsalma məsələləri üzrə ekspert Cahangir Qocayev söyləyib. C. Qocayev bildirib ki, keçmiş “Bayıl bazarı”nın qarşısında inşa edilən hündür binalar sökülməli, ərazidə təcili yol bağlanmalıdır: “Ümumiyyətlə Bayıl yaylası, Batamdar ərazisi tarixdən də məlumadur ki, sürüşməyə meyillidir. Bayılın adı da həmin dövrdə “torpağın bayılması” sözündən yaranıb. Batamdara bu ad  ərazidə sürüşmə baş verdiyi üçün qoyulub. “Batıram dart” sözünün birləşməsindən əmələ gələrək Batamdar adlanıb. Tarixdə Səbail rayonu 3 dəfə uçaraq dağılıb. “Sə bayıl”- üç dəfə bayılan sözündən əmələ gəlib. Bu gün də Bayıl yaylasını eyni təhlükə gözləyir. Tədbirlər görülməzsə Bayıl yaylası çökəcək”. 

Zülfiyyə QULUYEVA  

 

Sizin Reklam Yeriniz