Əlaqə Arxiv
news Image
2018.12.05
13:52
| A A A
Masallı Dövlət Tarix-Diyarşünaslıq Muzeyində Milli Qəhrəmanlar, aprel döyüşçüləri, şəhidlərə həsr olunmuş tədbir keçirilmişdir

4 dekabr 2018-ci il tarixdə Rəhim Tağıyev adına  Masallı Dövlət Tarix-Diyarşünaslıq Muzeyində keçən ilin yanvarında yaradılmış layihə ilə bağlı tədbir keçirilmişdir. 

Tədbirdə ziyalılar, şəhid qohumları, hərbçi, KİV nümayəndələri iştirak etmişlər .

Məqsədi Milli Qəhrəmanlar və şəhid övladlarımızın həyat və fəaliyyətinin, qəhrəman döyüş yolunun təbliğatından ibarət olan layihənin növbəti tədbirini giriş sözü ilə muzeyin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva açmış, Milli Qəhrəman Elşad Əhədovun və ərazi dairəsi üzrə şəhidlər barədə toplaşanlara bilgi vermişdir. 

MƏSQ  veteranları Masallı təşkilatının sədri Məmmədağa Şiriyev, QMƏVŞA İB-nin rayon filialının sədri Nahid Rəhimov “Yeni həyat” qəzetinin  baş redaktor müavini, "Qızıl qələm" media mükafatı laureatı Rəsul Rzayev, tarixçi-etnoqraf  Yavər Yusubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin bölmə rəisi Babək Hacıyev, şair-jurnalist Xatirə Rəhimli, B.Məmmədov adına Böyük Xocavar kənd  tam orta məktəbinin direktoru Abasət Zeynalov, Şəhid Anaları Cəmiyyətinin şöbəsinin sədri Ziba Əsgərova çıxış edib şəhid və qəhrəman övladlarımızın şücaətindən danışmış, xatirələr söyləmişbu inamda olduqlarını bildirmişlər ki, düşmən torpaqlarımız işğaldan azad ediləcəkdir.

Tədbir iştirakçıları Milli Qəhrəmanların, aprel döyüşçülərinin, şəhidlərin muzeydə saxlanan eksponatlarına baxış keçirmişlər.

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz