Əlaqə Arxiv
news Image
2013.04.24
19:02
| A A A
“Mədəniyyət” telekanalının yeni rəhbəri - İLHAM RƏHİMLİ
“Mədəniyyət” telekanalının rəhbəri Cəmil Quliyev dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru seçildiyi üçün bu vəzifə boş qalıb.

"Mədəniyyət" kanalının rəhbərliyinə kimin gətiriləcəyini öyrənmək üçün Teleqraf.com AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlayıb. Xatirə Qasımova məsələ ilə bağlı hələlik heç bir məlumatının olmadığını bildirib: "Mədəniyyət" kanalına təyinat olan kimi mətbuata məlumat veriləcək. Bu, dərhal həll olunan məsələ deyil. "Mədəniyyət" kanalına rəhbər AzTV Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun təqdimatı ilə təyin olunacaq. Məsələ rəsmi şəkildə həll olunanda mediaya məlumat ötürüləcək".


Dövlət Film Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımov isə Teleqraf.com-a bildirib ki, Cəmil Quliyevin Film Fondunun direktoru vəzifəsindən azad edilməsi barədə hələ əmr verilməyib. Onun sözlərinə görə, Fondun yeni direktorunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təyin edəcək: "Bu təyinat yaxın günlərdə həyata keçiriləcək və açıqlanacaq".


Mədəniyyət və Turizm Nazirliyinə yaxın mənbə isə Teleqraf.com-a bildirib ki, artıq əməkdar incəsənət xadimi İlham Rəhimlinın "Mədəniyyət" kanalına rəhbər gətirilməsi qərarlaşdırılıb: "Bu qərarın mayın ilk günlərində rəsmi şəkildə açıqlanacağı gözlənilir".

Sizin Reklam Yeriniz