Əlaqə Arxiv
news Image
2018.12.06
17:10
| A A A
Ermənistanda hərbçilər qar uçqunu altında qaldılar

Ermənistanda müqavilə əsasında hərbi qulluqda olan hərbçilər qar uçqunu altında qalıblar.

Movqe.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsurun Ovanisyan “Sputnik Armeniya”ya bildirib.

Məlumata əsasən, hadisə Sisian şəhəri yaxınlığında yerləşən mövqelərdən birində, Sünik əyalətində baş verib.

Qeyd olunur ki, bir nəfərdən başqa, qrup üzvlərini uçqun altından xilas etmək mümkün olub. Axtarış işləri davam edir.

Xatırladaq ki, bənzər hadisə bu yaxınlarda Qeqarkunik əyaləti yaxınlığında da baş vermişdi. Qar uçqunu altında qalan hərbçi itkin düşdükdən üç gün sonra ölü olaraq tapılmışdı.

Sizin Reklam Yeriniz