news Image
2018.12.06
17:38
| A A A
Bakıda müəllimi “tora salıb” videosunu çəkdilər

12 nömrəli Bakı Peşə Liseyində müəllimlə şagird arasında düşən mübahisənin səbəbləri araşdırılır.
Bu barədə Azvision.az-a liseyin direktor əvəzi Şahin Bəylərov məlumat verib. O, bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

“Şagird bildirir ki, hadisə oktyabr ayında olub. Bu günə qədər hadisənin nə üçün bizə deyilmədiyi və indi yayılması təəccüb doğurur. Bu, qabaqcadan təşkil olunmuş təxribatdır. Sanki ortada səhnə qurulub. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişəm və məktub təqdim etmişik”. 

Ş.Bəylərov hadisə barədə həm şagird, həm də müəllimlə danışdığını söyləyib: “Dərs başlayıb, müəllim jurnalı yazıb. Şagirdlər öz aralarında sözləşiblər ki, müəllimə qarşı hərəkət etsinlər, o da özündən çıxsın, artıq-əskik söz işlətsin. Müəllimi təxribata çəkiblər. Həmin şagirdin valideynləri ərizə yazıblar ki, niyə davada uşaqların adları hallanır. Fikrimcə, bu, müəllimə qarşı bir oyundur və biz bu oyunu təşkil edənləri üzə çıxartmaq istəyirik. Burada uşaq dəcəlliyi, şıltaqlığı da var. Onlar bilməyiblər ki, belə hadisə rezonansa səbəb olacaq”.