Əlaqə Arxiv
news Image
2018.12.09
13:17
| A A A
Astarada ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tarix dərsləri keçirilib

Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Azərbaycanın dinamik inkişafına həsr olunmuş ömür yolu” mövzusunda tarix dərsləri keçirilib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, dərslərdə Astara şəhər 2 və 5 nömrəli, Ərçivan qəsəbə 3 və 4 nömrəli, Sərək kənd tam orta məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərkəzin nümayəndəsi Cəmalə Məmmədovanın məruzəsi dinlədilib.

Məruzəçi müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında məlumat verib.

Çıxış edən müəllimlər və şagirdlər ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.

Sonda “Dahi şəxsiyyət” və “Müstəqil Azərbaycanın qurucusu” adlı filmlərin nümayişi olub.

Sizin Reklam Yeriniz