Əlaqə Arxiv
news Image
2018.12.11
13:39
| A A A
Gömrükçülər Rusiya vətəndaşında 75 ədəd güllə aşkarlayıblar

Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Lexus LX 570" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Movqe.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının arasındakı qolaltı sandıqçada olan bir ədəd şəffaf politelin paketin içərisindən, arxa tərəfində "9 mm Luger" yazıları olan 75 ədəd güllə aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Sizin Reklam Yeriniz