Əlaqə Arxiv
news Image
2018.12.11
14:26
| A A A
Azərbaycandan Rusiyaya ixrac olunan pomidorlar zərərvericilərə görə yoxlanılaraq keyfiyyətinə sertifikat verilir-Rəsmi

Tomsk vilayəti üzrə “Rosselxoznadzor”un regional idarəsinin əməkdaşları tərəfindən Azərbaycandan ixrac edilən təzə “çerri” pomidorlarına baxış zamanı zərərverici aşkar olunub. Məlumata görə, 120 kiloqram həcmdə məhsulda “Cənubi Amerika güvəsi” adlı zərərvericinin olduğu üzə çıxıb. Məhsul Tomsk gömrüyünün əməkdaşları və yükün daxil olduğu “EvroLogistik” MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib. Qeyd olunur ki, sürfələr aşkar olunduğu pomidorlar məhv edilir, həmin pomidorlar satış və istifadə üçün yararsızdır. 
Rusiyada Azərbaycan pomidorunun vizit kartı hesab olunan “çerri” pomidorlarınun məhv edilməsi təəssüf ki, Azərbaycandakı internet media resurslarında da aqressiv başlıqlarla yayımlanmaqda davam edir. Halbuki Azərbaycanda “Gözəl  Təbiət” MMC adlı müəssisənin  “Green Tech” istixanalarında istehsal olunan “çerri” pomidorları öz keyfiyyətinə görə Rusiya bazarlarında seçilir. Tomsk daxil olmaqda Rusiyanın digər ərazilərində də Azərbaycanda istehsal olunan “çerri” pomidorları həvəslə alınır.  Odur ki, keyfiyyətinə görə rəqib tanımayan məhsulumuzda birdən-birə pomidor güvəsi adlı zərərvericinin aşkarlandığına dair yayılan məlumat şübhə doğurmaya bilmir. 
Movqe.az məsələni araşdırmaq üçün öncə Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanovla əlaqə saxlayıb. D. Sultanov Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycandan xarici ölkələrə ixrac olunan bütün məhsullar kimi, bostan məhsulları da yoxlanılır: “İxraca gedən məhsullar Azərbaycanda zərərvericilərə görə yoxlanılır. Bundan sonra məhsulun keyfiyyətinə, zərərvericinin olmadığına dair sertifikat verilir. Pomidor güvəsi də zərərvericidir. Bu zərərverici ancaq bitkinin özünə ziyan vura bilər. İnsan orqanizminə onun heç bir öldürücü təsiri yoxdur. İndiyə qədər biz Azərbaycanda “cənubi amerika güvəsi” adlı zərərvericiyə rast gəlməmişik. Sözsüz ki, məhsul Azərbaycanda istehsal olunduğundan ixrac olunarkən zərərvericilərə görə yoxlanılıb. Belə olduqda deməli məhsulun ixracına sertifikat da verilib. Bu isə onu təsdiqləyir ki, pomidor Azərbaycandan ixrac olunduqda onun tərkibində heç bir zərərverici olmayıb. Pomidor güvəsi başqa pomidordan da saxlanma zamanı düşə bilər. Ona görə də, məhsulun anbarda saxlandığı şəraiti araşdırmaq lazımdır. Ola bilər ki, elə “cənubi amerika pomidor güvəsi” zərərvericisi də məhsulun saxlanma anbarında düşüb pomidora. Çünki, indiyədək biz Azərbaycanda istehsal olunan məhsullarda sırf “cənubi amerika güvəsi”nə rast gəlməmişik. Hazırda bu məsələ bizim səlahiyyətimizdə olmadığından mən dəqiq bir söz deyə bilmərəm. İxrac olunan məhsulların keyfiyyətinin yoxlanması, sertifikatın verilməsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətindədir. 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev isə məsələ ilə bağlı araşdırma aparılacağını söylədi. Qurumun səlahiyyətlisi də bildirdi ki, Azərbaycanda istehsal olunaraq xarici bazarlara ixrac olunan bütün məhsullar ölkədən çıxmazdan öncə yoxlanılır: “Bostan məhsulları zərərvericilərə görə də laborator müayinələrdən keçirilir. Məhsul keyfiyyətli olduğu, tərkibində heç bir zərərverici olmadığı halda keyfiyyətinə dair sertifikat verilir. Məhsula sertifikat verilibsə, zərərvericinin olması mümkün deyil. Azərbaycandan hər gün tonlarla pomidor ixrac olunur. Zərərvericinin hansı partiya malda aşkarkarlandığını araşdıracağıq. Bundan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, “Green Tech” MMC 2011-ci ilin aprel ayından fəaliyyətə başlayan yeni texnologiyalara əsaslanmış şüşə konstruksiyalı müasir istixana kompleksidir. Ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş kompleksdə, istixana şəraitində pomidor və digər tərəvəz məhsulları yetişdirilir. "Gözəl Təbiət" MMC isə Azərbaycanın ən keyfiyyətli kənd təsərrüfatı və ərzaq istehsalçısı olan "Azərsun Holding"in tərkibinə daxildir.  

Zülfiyyə QULUYEVA   

Sizin Reklam Yeriniz