Əlaqə Arxiv
news Image
2018.12.12
18:30
| A A A
Masallıda ulu öndərin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

12 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ulu öndərin həyatı və titanik fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib. 
Konfransı giriş nitqi ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ulu öndərin qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb.
Məruzəçi qeyd edib ki, hər bir insanın tarixi dəyəri onun öz ölkəsi, Vətəni, milləti qarşısındakı xidmətləri ilə ölçülür. Zaman şəxsiyyəti yetişdirdiyi kimi dahi insanlar da tarixin gedişinə təsir edərək dövrün və zamanın baş qəhrəmanına çevrilirlər. Ulu öndər Heydər Əliyev də Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi.
Ulu öndər Heydər Əliyev müasir, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən demokratik dövlətinə çevrilir. 
Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev çıxışlarında bildirmişlər ki, ölkənin ən ağır vəziyyətində xalqın tələbilə siyasi hakimiyyətə qayıdan ulu öndərimiz, dahi siyasətçi Heydər Əliyev dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Azərbaycanı inkişaf yoluna çıxartdı. 
Konfransı YAP Masallı rayon təşkilatının sədri S.Əliyev yekunlaşdırdı.

 

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz