Əlaqə Arxiv
news Image
2018.12.12
17:03
| A A A
Sumqayıt şəhəri ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib

Sumqayıt şəhərində keçirilən ümummilli lider Heydər Əliyevin anım mərasimində şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Movqe.az xəbər verir ki, dekabrın 12-də yüzlərlə sumqayıtlı ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən foto və video materiallarla, tarixi sənədlərlə tanış olublar.

Sonra böyük şəxsiyyət, dahi lider Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

Bildirilib ki, Sumqayıt şəhəri ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayesinin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində Ulu Öndərin əvəzsiz xidmətləri danılmaz faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri böyük tarixi hadisə kimi yaddaşlara həkk olunub. Ulu Öndərin uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafında böyük rol oynayıb.

Son 15 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Sumqayıt inkişaf edərək nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ikinci sənaye şəhərinə çevrilib. Dövlətimizin başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub və yeni inkişaf proqramının həyata keçirilməsinə təkan verir.

Sizin Reklam Yeriniz