Əlaqə Arxiv
news Image
2018.12.13
12:37
| A A A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni - TƏYİNAT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

Komitədən Oxu.Az-a bildirilib ki, DQİDK-nin Dini qurumlarla iş üzrə şöbənin müdiri vəzifəsinə Cahandar Əlifzadə təyinat alıb.

Bununla bağlı komitə sədri Mübariz Qurbanlı bir neçə gün əvvəl müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Dini qurumlarla iş üzrə şöbənin keçmiş müdiri Əliheydər Zülfüqarov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinat alıb.

Sizin Reklam Yeriniz