Əlaqə Arxiv
news Image
2018.12.13
12:48
| A A A
Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlanıb

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək. 
Kollegiyadan Movqe.az-a  verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada olacaq. 
Dekabrın 23-də keçiriləcək yazılı test imtahanında 180 nəfərin iştirakı nəzərdə tutulub. Odur ki, vəkilliyə qəbul imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək davam edəcək sənəd qəbulunda 140 nəfərin sənədinin qəbul olunduğunu və vəkilliyə qəbul imtahanının yazılı-test mərhələsində iştirak üçün 40 yerin qaldığını nəzərə almalıdırlar.
Eyni zamanda, vəkil olmaq üçün tələb olunan 3 il hüquq stajının tamam olmasına 3 ay qalmış şəxslər Azərbaycan Vəkillər Kollegiyasının sənəd qəbulu komissiyasına müraciət edə bilərlər.
Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini dekabrın 20-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Sizin Reklam Yeriniz