Əlaqə Arxiv
news Image
2018.12.14
16:14
| A A A
Gələn ildən Azərbaycanda hava proqnozlarını dəqiq öyrənmək üçün yeni müşahidə sistemi tətbiq olunacaq

"Gələn ildən Azərbaycanda hava proqnozlarını dəqiq müəyyən edəcək dopler radar müşahidə sistemi tətbiq olunacaq".

Movqe.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, dopler radar müşahidə sistemindən dünyada geniş istifadə olunur: "Bu sistem qısa müddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək. Təxminən beş saat öncədən dəqiqliklə deyə biləcəyik ki, şəhərin hanısa bir hissəsində yağış müşahidə olunacaq, ya yox. Bu günə kimi bu dəqiqliyi demək çətin idi. Çünki bizdə mövcud olan cihazlar bu dəqiqliyi deməyə imkan vermirdi. Sistemin ölkəyə gətirilməsi gələn ilə proqnazlaşdırılır".

Umayra Tağıyeva qeyd edib ki, dopler radar müşahidə sistemi kifayət qədər vəsait tələb edir: "Bu sistemin əhatə radiusı 200 kilometri əhatə edir. Azərbaycanda azı üç radarın fəaliyyət göstərməsi vacibdir. Mütəxəssislər tərəfindən sistemin yeri müəyyən ediləcək. Gələcəkdə də bu iş mərhələli şəkildə davam edəcək". 

Sizin Reklam Yeriniz