Əlaqə Arxiv
news Image
2018.12.14
17:10
| A A A
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə sabahdan yanvarın 3-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Movqe.az xəbər verir ki, bu barədə BBAK-ın mətbuat xidmətinin rəhbəriPərvin Məmmədova məmumat verib. 

Onun sözlərinə görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, 200-dən çox ehtiyat avtobus ayrılıb.  Bayram ərəfəsində600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur: 

"Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.azsaytından daha öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə BBAK-ın mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər", - deyə o, qeyd edib. 

Sizin Reklam Yeriniz