Əlaqə Arxiv
news Image
2018.12.15
15:36
| A A A
Bakı Nəqliyyat Agentliyində qanvermə aksiyası keçirilib

Bakı Nəqliyyat Agentliyində qanvermə aksiyası keçirilib.

Agentlikdən Movqe.az-a bildirilib ki, qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Bakı Nəqliyyat Agentliyi və Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə keçirilib.

Aksiyada Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi, agentliyin Aparatının və tabeli təşkilatlarının əməkdaşları könüllü iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulub. Məqsəd, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Sizin Reklam Yeriniz