Əlaqə Arxiv
news Image
2018.12.18
12:54
| A A A
Azərbaycan tələbələrinin II qurultayının keçiriləcəyi vaxt açıqlanıb

Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə dekabrın 21-də Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək.

Bu barədə Movqe.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qurultayın keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Qurultayda dövlət və hökumət nümayəndələri, deputatlar, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edəcəklər.

Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Sizin Reklam Yeriniz