Əlaqə Arxiv
news Image
2018.12.18
15:10
| A A A
Ermənistan ordusunun baş leytenantı həmkarını güllələyib

Ermənistan silahlı qüvvələrinin baş leytenantı Q.M. tabel avtomat silahından açdığı atəş nəticəsində müqavilə əsasında xidmət edən Armen Arutyunyanı güllələyərək yaralayıb.

Movqe.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş leytenant ehtiyatsızlıq səbəbindən A.Arutyunyanı yaralayıb.

Hadisə ilə bağlı cinayət işi başlayıb.

Qeyd edək ki, bundan öncə Dağlıq Qarabağda yerləşdirilən işğalçı Ermənistan silahlı qüvvələrinin əsgəri yaralanıb. 

Sizin Reklam Yeriniz