Əlaqə Arxiv
news Image
2018.12.18
15:24
| A A A
Şəhid hərbi qulluqçulardan daha 263-ü üzrə 423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi

Artıq 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və onlara müvafiq ödəniş həyata keçirilir

Movqe.az xəbər verir k, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı sahəsində işlər davam etdirilir.

Fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında vurğulanıb ki, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin edilməsi dövlət başçısının mühüm sosial əhəmiyyət kəsb edən humanist bir addımı olmaqla, ölkəmizdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına göstərilən qayğının növbəti təzahürüdür.

İclasda şəhid hərbi qulluqçulardan daha 263-ü üzrə 423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edilib.

Beləliklə də, bu günədək artıq 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar əsasında müvafiq vəsaitlərin ödənişi davam etdirilir.

Sizin Reklam Yeriniz