Əlaqə Arxiv
news Image
2018.12.19
14:25
| A A A
“ASAN xidmət”in yeni siması

Ana Səhifə
GÜNDƏM

 Şəffaflığın artırılması, korrupsiya hallarının qarşısının alınması, xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsində “ASAN xidmət” uğurlu yol xəritəsi tərtib 


“ASAN xidmət”-dən Modern.az-a verilən xəbərə görə, bu yol xəritəsini özündə əks etdirən qarışqa fəlsəfəsi “ASAN xidmət”in maskotu üçün obraz seçilib. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir. 

 

Maskotun adı Mr.ASANT kimi seçilib. Bu ad ASAN və ANT (ingilis dilindən tərcümədə - qarışqa) sözlərinin kombinə edilməsidir. Qarışqalar heç vaxt təslim olmurlar, gələcək yönümlü planlar qurmaq, təkcə bu günü yox, sabahı düşünmək onlara xasdır. 

Mr.ASANT maskotu məhz bu keyfiyyətləri özündə birləşdirən “ASAN xidmət”in yeni simasıdır. O, maarifləndirmə və məlumatlandırmada vasitəçi olacaq, vətəndaşlara köməklik edəcək, dost kimi yanlarında olacaq. Məqsədimiz vətəndaşlara daha yaxın olmaq, maskotumuz vasitəsilə ASANla emosional bağlılığı artırmaqdır. 

Sizin Reklam Yeriniz