news Image
2018.12.21
15:00
| A A A
Humanitar Fənlər Gimnaziyası mühüm bir ideyaya başlanğıc etdi

“Oxumaq, oxumaq, yenə də, oxumaq”.

Movqe.az xəbər verir ki, bu deviz adı altında Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında Valideyn Müəllim Assosiasiyası (VMA) yeni təşəbbüsü dəstəkləyərək şagirdlər üçün “Oxu, məntiqi əyləncə və istirahət” zallarının açılış mərasimini təşkil edib. Valideynlər, muəllimlər, təhsil ekspertlərinin istirak etdiyi tədbirdə uşaqların özfəaliyyətləri, VMA-nin KVN komandasinin təqdimati oldu. Uşaqlarin təbəssümü onların təşəbbüsdən tam razı qaldıqlarını, sevinclərini ifadə edirdi. Çıxış edən Təhsil eksperti Nadir İsrafilov, Gimnaziyanın direktoru Xuraman Osmanova xanım, AVMA sədri Şahin Rəcəb, Gimnaziya üzrə VMA rəhbəri Nailə Məmmədova və digərləri təşəbbüsü alqışlayaraq, usaqların kitaba marağını artırmaq və asudə vaxtını təmin etmək məqsədi daşıyan bu nəcib təşəbbüsün digər təhsil müəssisələrində də həyata keçirilməsinin vacib olduğunu bildiriblər. Tədbirin sonunda çıxış edən valideyinlər gimnaziyanın rəhbəri Xuraman Osmanova, VMA- min gimnaziya üzrə nümayəndəsi Nailə Məmmədovaya, gimnaziyanın fədakar valideyn-müəllim heyətinə yüksək təşkilatçılığı görə, təşəkkür bildirdilər.