Əlaqə Arxiv
news Image
2013.04.26
12:17
| A A A
Millət vəkili Avropa Şurasını Ermənistan prezidentinə təzyiq etməyə çağırdı

Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurasını Ermənistan prezidenti Serj Sarkisyana təzyiq etməyə çağırıb. Movqe.az-ın verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edən millət vəkili öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcbiri köçkünlər adından sizə səslənirəm deyərək başladığı çıxışında bunları deyib: "Mən hər 9 nəfər vətəndaşından biri təxminn 20 ildir ki, qaçqın və məcburi köçkün olan və qaçqın və məcburi köçkünlərin sayına görə Avropada və dünyada analoğu olmayan bir ölkənin Azərbaycanın bir nümayəndəsi olaraq bu müzakirələrdə bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Mən burada Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində öz evlərindən köçkün düşmüş və 20 ildir ki, öz evlərinə dönə bilməyən təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün adından danışıram və onların fikir və cağırışlarını sizə çatdırmaq istəyirəm.

Bir neçə gün sonra may ayında Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ili tamam olur. 21 ildir şuşalılar, laçınlılar da daxil olmaqla 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Amma gəlin xatırlayaq sonuncu dəfə bununla bağlı ayrıca müzakirələr AŞPA-da nə vaxt aparılıb. Artıq uzun bir zaman keçib. Gəlin xatırlayaq. Bununla bağlı qəbul etdiyimiz sənədlər, 1416 saylı qətnamə də daxil olmaqla qəbul etdiyimiz sənədlər nə qədər yerinə yetirilib. Təəssüf ki, qəbul edilən sənədlərin, qətnamələrin həyata keçirilməsi istiqamətində heç bir müsbət addım yoxdur. Bizim bu assambleyada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qəntamənin qəbilundan təxminən 10 il keçsə də Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir. Sizcə artıq 100 minlərlə insanın taleyinə laqeyid qalmayıb 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində daha sərt addımlara əl atmaq vaxtı deyilmi? Hər birimizin həyatdan köçmüş yaxınları var. Onların məzarlarını ziyarət edirik. Amma 20 ildir ki, Azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə, öz torpaqlarına dönə bilmir, öz yaxınlarının məzarlarını belə ziyarət edə bilmirlər. Hər il 100-lərlə insan öz evinə dönmək həsrəti ilə dünyadan köçür. Bundan ağır faciə ola bilərmi? Gəlin bir anlıq özümüzü onların yerində hiss edək. O zaman onlara kömək etmək üçün əslində parlament assambleyasının əlində nə qədər mexanizmlərin olduğunu daha yaxşı görə bilərik.

Azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən çox şey gözləyirlər. Sadəcə müzakirələr aparmaq və sənədlər qəbul etməklə əsas işi bitmiş hesab etmək olmaz.

O, insanlar sizdən qəbul etdiyiniz qətnamələrin, sənədlərin həyata keçməsi üçün daha təsirli mexanizmlərə əl atmanızı, qəbul etdiyiniz sənədlərin necə yerinə yetirilməsinə ciddi nəzarət etməyi və bu istiqamətdə tez-tez müzakirələrin açılmasını gözləyirlər.

Mən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün müraciətini sizə çatdırmaq istəyirəm. Bu insanlar Assambleyaya müraciətlə bizi unutmayın deyir. Onlar assambleyaya müraciətlə qəbul etdiyiniz 1416 saylı qətnamənin həyata kemirilməsi üçün fəaliyyətinizi, aktivliyinizi, Ermənistana təsir və təzyiqlərinizi artırın deyir.

Bu gün Avropa Şurası məkanında olan qaçqın və məcburi köçkünlərin böyük hissəsi məhz Cənubi Qafqaz regionundadır. Azərbaycanda və Gürcüstandadır.

Mən Assambleyamızı Cənubi Qafqazda məcbiri köçkünlərin vəziyyəti ilə bağlı yaxın zamanlarda xüsusi müzakirələr aparmağa çağırıram. Çünki harada olmasından asılı olmayaraq biz qaçqın və məcburi köçkünlərin məsələsini daha çox diqqətdə saxlamalı və onlara öz kömək əlimizi uzatmalıyıq. Авропа Шурасы baş verənlərə və qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsinə biganə qalmamalıdır.

Mən dəyərli Assambleyamızı bu insanların taleyinə biganə yanaşmamağa və qəbul etdiyimiz qətnamələrin, 1416 saylı qətnamənin həyata keçməsi üçün özünün təsir və təzyiq mexanizmlərini artırmağa çağırıram.

Bütün beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq prezident Sarkisyan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Xocalıda aeropotun tikintisini davam etdirdi. Suriyada baş verən hadisələr üzündən bu ölkədən qaçan erməniləri Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına köçürmə siyasətini həyata keçirməyə başladı. Baxmayaraq ki, beynəlxalq təşkilatlar bu addımların tamamilə alehinə idi amma Ermənistan bu köçürülmələri davam etdirir. Bu isə bölgədə vəziyyəti daha da gərginləşdirir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur. Avropa Şurası Parlament Assambleyası Ermənistan rəhbərliyindən bölgədə vəziyyəti gərginləşdirən addımları dayandırmağı və 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb etməlidir. Əks halda bölgədə vəziyyət daha da gərginləşəcək.

Bütün bunları nəzərər alaraq biz AŞPA-nı cağırırıq ki, Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vuranm addımlara son qoymağı tələb etsin. Unutmamalıyıq ki, Cənubi Qafqaz bğlgəsində vəziyyətin getdikcə daha da gərginləşməsi bütün Avropa üçün də ciddi təhlükədir".

Sizin Reklam Yeriniz