news Image
2019.01.04
14:45
| A A A
ATV-nin məşhur aparıcısından ürək dağlayan paylaşım...

ATV telekanalının ən baxımlı verilişlərindən olan "Qanunla Biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova qəlbləri sızladan paylaşım edib. Movqe.az xəbər verir ki, uzun müddətdir ki, xərçəng xəstəliyi ilə mübarizə apararaq qalib gələn aparıcı bu müddət ərzində ölümün gözünə dik baxaraq neçə-neçə xəstəni güclü olmağa səsləyib : "9 aylıq bir yola çıxmışdım. Bu yolda mənimlə yolçuluq edən çox insan vardı. 4 aylıq körpədən tutmuş, 83 yaşlı nənəyə qədər hər kəs vardı bu “ Kanser” adlı gəmidə. 24 yaşlı dünya gözəli bir gəlin ana olmağının dadını belə çıxartmamışdı. 3 aylıq körpəsini evdə qoyub bu yola çıxmışdı. 7 yaşından 17 yaşına qədər bu yolu gedir Sona, amma üzündən təbəssüm əksik deyil. Deyir ki” men xəstəliyimlə dost olmuşam, arada dərdləşirəm onunla” körpə Ebülfəz, Nəzrin vu bu yaşda yüzlərlə  uşaq hələ yaşadıqlarının nə olduğunun fərqində olmasa da, bu yolda bizə yol yoldaşı oldular. Xəsteliyimiz bir olsa da ağrılarımız, yanaşma tərzimiz fərqli oldu. Gənc birinin her şeyə rəğmən Allaha şükr edib ona dua etdiyini,76 yaşlı birinin “ Bu nədi mənim başıma gəldi” deyib üsyan etdiyini gördüm. Bu yolda kimisi ağlaya-ağlaya, kimisi də gülərək yolçuluq etdi. Hamı bir-biri ilə dərdləşərək öz xəstəlikləri ilə digərlərinin xəstəliklərinin nə qədər bənzər olub- olmadığını müqayisə edər, sanki bir ümid, bir təsəlli axtararlar. Hamının bir istəyi vardı- bu gəmidən sağ-salamat yolçuluqlarını başa vurub sahilə çıxmaq..."