Əlaqə Arxiv
news Image
2019.01.04
18:30
| A A A
Tanınmış jurnalist Rəsul Rzayev doğulduğu Masallı rayonunun Qasımlı kəndində torpağa tapşırıldı...

Masallı rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftəlik nəşr olunan “Yeni həyat” qəzetinin Baş redaktorunun müavini jurnalist Rəsul Rzayev vəfat edib...
O, 17 may 1948-ci ildə Qasımlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini, Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 
1976-cı ildən dövrü mətbuatda çalışıb. Yeddioymaq və Qasımlı və kənd orta məktəblərində müəllim işləyib. Masallı Rayon Komsomol Komitəsində məsul işdə çalışıb. "Çağırış", "Yeni həyat", "Rabitə dünyası", "3-cü hədəf" qəzetlərində ədəbi işçi, müxbir, məsul katib, Baş redaktor müavini, bölgə müxbiri kimi çalışmışdır. 
Onlarca yazdığı kitabların müəllifi, redaktoru olmuşdur. "Qızıl qələm" media mükafatı laureatıdır.
Şeirləri dövrü mətbuatda, almanaxlarda çap olunub. Bu günədək Masallı Rayon İcra Hakimiyyəıtinin təsisçiliyi ilə nəşr olunan həftəlik "Yeni həyat" qəzetində Baş redaktor müavini vəzifəsində işləyirdi...
Abırlı, ismətli, həyalı, abırlı bir insan idi. 
Yaxşı insan olmaqlıq da insanda bir Allahın gözəl xasiyyətidir. O, belə doğulmuşdu, belə də köçdü həyatdan. Heç kimi narahat etmədən, incitmədən, gözlərində həyat eşqi yaşaya-yaşaya...Xoşbəxt əlvida ilə...Sağlığındakı kimi...
Yerin cənnət olsun böyük Ustad, hörmətli müəllim, bənzərsiz jurnalist, Allah adamı...Bu dünyanı, adamları, insanları, qəzeti sevirdi. Özü boyda nəhəng, məsuliyyət biçimiydi, örnəkdi...

 

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz