Əlaqə Arxiv
news Image
2019.01.07
11:38
| A A A
Anar Hüseynov yüksək vəzifəyə təyinat aldı

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Movqe.az-ın Modern.az-a istinadən məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.

Anar Hüseynov Movqe.az-ın əməkdaşına yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən öncə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib. Hər iki qurumda çalışdığı müddətdə Anar Hüseynov media ilə münasibətləri, səmərəli əməkdaşlığı ilə seçilib.    

Sizin Reklam Yeriniz