news Image
2019.01.11
18:39
| A A A
Hirkan Milli Parkında daha bir bəbir qeydə alınıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.  Bu barədə Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidmətindən məlumat verilib. 
Xəbərdə bildirilir ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.