Əlaqə Arxiv
news Image
2019.01.12
17:30
| A A A
Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib

Yanvarın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.

DİM-dən Movqe.az-a bildirilib ki, imtahanda 1 əcnəbi vətəndaş olmaqla 14 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Növbəti TOEFL imtahanının 2019-cu il yanvarın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında aşağıdakı linkdən ətraflı məlumat əldə etmək mümkündür: http://www.dim.gov.az/activities/exams/toefl/

Sizin Reklam Yeriniz