Əlaqə Arxiv
news Image
2019.01.12
18:31
| A A A
Siyahıda olan şəhid ailələrinin vərəsələrinin hamısına 11 min manat veriləcək

Şəhid ailələrinin vərəsələrinə Prezidentin Sərəncamı ilə 11 min manat vəsaitin verilməsi prosesinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu günə qədər siyahıda 10 minə yaxın vərəsənin olduğunu və onların hamısına 11 min manat veriləcəyini bildirib.

Dövlət başçısı siyahılara baxıldığını, dəqiqləşdirildiyini və bu məsələ ilə bağlı təkliflərin də irəli sürüldüyünü diqqətə çatdırıb: “Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcəkdir”.

Sizin Reklam Yeriniz