Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Gəncədə əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti müzakirə edilib
 
 
news Image
2019.01.13
12:40
| A A A
Gəncədə əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti müzakirə edilib

Gəncədə media nümayəndələrinin iştirakı ilə “Əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Tədbiri açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və proqramı haqqında məlumat verib, həmçinin əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının xüsusi qayğıya ehtiyacı olan uşaqların və ümumiyyətlə əlilliyi olan insanların inkişafına əlavə bir dəyər gətirdiyini və bununla bağlı icra etdikləri bu layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barəsində daha geniş ictimaiyyətin məlumatlandırılmasında milli və regional səviyyəli media vasitələrinin dəstəyindən bəhrələndiklərini vurğulayıb.
Layihənin koordinatoru Əhməd Quliyev çıxış edərək seminarın gedişatı haqqında təəssüratlarını bölüşərək tədbir iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin Gəncə regional şöbəsinin ağırlıq qaldırma üzrə baş məşqçisi Natiq Əliyev Gəncə regionundan olan sağlamlıq imkanları məhdud insanların idman sahəsində əldə etdiyi uğurların mediada yayımlanmasının bu insanlar üçün, eyni zamanda sağlamlıq imkanları məhdud olan digər vətəndaşlarımızın daha böyük nailiyyətlərə nail olmaları üçün ciddi stimul olduğunu bildirib.
Tədbirin məruzəçi eksperti, Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, “GanjaNews” informasiya portalının baş redaktoru Gülnar Fazilqızı xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti barəsində geniş məlumat verib.
Məruzəçi ekspert, “GanjaNews” tərəfindən əlilliyi olan insanlarla bağlı həyata keçirilən tədbirlərin işıqlandırılmasına həmişə diqqətlə yanaşıldığını, onların uğurlarının və nailiyyətlərinin yayımlanmasının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, 2018-ci il Papalimpiyaçıların Avropa Çempionatında bürünc medala layiq görülən Gəncə sakini Nurlan Babacanov barəsində “GanjaNews” tərəfindən geniş məlumatların yayımlanmasının əhəmiyyəti barəsində məlumat verib.
Sonda iştirakçılar tərəfindən seminarın ümumi qiymətləndirməsi, həmçinin əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyətinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.