Əlaqə Arxiv
news Image
2019.01.13
19:38
| A A A
Bu il ən azı yeddi min ailə özünüməşğulluq proqramından faydalanacaq

Özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il ən azı yeddi min ailə bu proqramdan faydalanacaq.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Ölkə başçısı, həmçinin deyib: “Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar. Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var”.

Sizin Reklam Yeriniz