Əlaqə Arxiv
news Image
2019.01.14
09:58
| A A A
Səhiyyə Nazirliyi Bakıda özünü yandıran şəxsin vəziyyəti ilə bağlı məlumat yayıb

“Bakıda özünü polis bölməsinin qarşısında yandıran şəxsin vəziyyəti ağır olaraq qalır”.

Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Sulutəpə qəsəbəsində 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökərək özünü yandıran 1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən T.İslamovun tənəffüs yolları yanıb: “Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır”.

Sizin Reklam Yeriniz