news Image
2019.01.14
11:07
| A A A
Orta məktəbi vaхtından əvvəl bitirmək istəyən şagirdlərin imtahanı başlayıb

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Movqe.az-a verilən xəbərə görə, eksternat imtahanları yanvarın 14-15-də paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq.

Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılan komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.