news Image
2019.01.14
11:20
| A A A
Ermənistan hərbçisi yol qəzasında ölüb

 Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb.

Movqe.az Report-a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, qəza Yerevan-Meğri avtomobil yolunda qeydə alınıb. Karçevan kəndinin sakini X.Gevorkyanın idarə etdiyi “VAZ-2107” markalı “Jiqulu” avtomobili İran dövlət nömrə nişanlı “Volvo” yük maşını ilə toqquşub.

Məlumata görə, qəzaya səbəb “VAZ-2107”-nin əks yola çıxması olub. 

Hadisə nəticəsində sürücü, hərbçi X.Gevorkyan hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb.