news Image
2019.01.14
11:34
| A A A
Gürcüstanda qripə yoluxma halları azalıb

 Gürcüstanda mövsümi qripə yoluxma halları azalıb.

Movqe.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cari göstəricilər qrip virusunun pik günləri ilə müqayisədə, Gürcüstanın bölgələrində yoluxma hallarının sayı 600, Tbilisidə isə 500 hal azalıb.

Qriplə bağlı regionlarda və Tbilisidə təcili tibbi yardıma daxil olan müraciətlərin də sayında azalma qeydə alınıb.

Qurumdan bildirilib ki, qrip virusuna yoluxan 42 pasiyentin müalicəsi xəstəxanaların reanimasiya şöbələrində davam etdirilir. 

Qeyd edək ki, son aylar ərzində Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 15 nəfərin öldüyü laboratoriya şəraitində təsdiq olunub.