Əlaqə Arxiv
news Image
2019.01.14
14:39
| A A A
Metroda qatarda problem yarandı, sərnişinlər stansiyada boşaldıldı

Bakı metrosunda qatarda problem yaranıb.

Movqe.az xəbər verir ki, bu barədə "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində "Bakı Metropolteni"nin “Sahil” stansiyasında baş verib.

Belə ki, "Həzi Aslanov"-"İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranlb. Nəticədə sərnişinlər stansiyada boşaldılıb və qatar Depoya göndərilib. Həmin qatarın yerinə yeni qatar verilib və problem aradan qaldırılıb".

B.Məmmədov bildirib ki, qatarların intervalında problem yaranmayıb.

Sizin Reklam Yeriniz