Əlaqə Arxiv
news Image
2013.04.29
13:58
| A A A
Ələt-Astara yolunu inşa edən İtaliya şirkətinin sürücüləri etiraz aksiyası keçirir
Azərbaycanda Ələt-Astara avtomobil yolunun inşası layihəsində əsas podratçı qismində çıxış edən İtaliyanın «Todini» şirkətinin yük maşınlarının sürücüləri aksiya keçirir.

Bu barədə APA-ya  Mil-Muğan bürosuna Salyandan "Demokratiyaya Yardım" İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, şirkətin 60-dan çox yük maşınının sürücüsü əmək haqlarının aşağı olmasından narazıdırlar. Buna görə də sürücülər işi dayandıraraq şirkətin Salyandakı ərazisinə yığışıblar və rəhbərliyin məsələyə münasibət bildirməsini gözləyirlər.

Şirkət rəhbərliyinin sahəyə gəlişi gözlənilir. "Todini" şirkətinin məsələyə münasibətini hələlik öyrənmək mümkün olmayıb.

Sizin Reklam Yeriniz