Əlaqə Arxiv
news Image
2019.01.15
15:50
| A A A
Nazirlik parkda gecələyən şəxsi dərhal Sosial Sığınacağa yerləşdirdi-FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaşayış yeri olmadığı üçün parklarda gecələyən şəxsin Sosial Sığınacağa yerləşdirilməsi barədə Mövqe.az saytının müraciətinə operativ reaksiya verib. Movqe.az saytının əməkdaşının bu barədə Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciətindən bir neçə saat sonra həmin şəxs Sosial Sığınacağa yerləşdirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Movqe.az-a bildirib ki, Abşeron rayonunun Xırdalan şəhərində 1959-cu il təvəllüdlü Eyyubov Adil Balağa oğlunun daimi yaşayış yeri olmadığı üçün müxtəlif ictimai-iaşə obyektlərində, parklarda gecələdiyi barədə nazirliyə daxil olan məlumatla əlaqədar müvafiq tədbir görülüb: "Bir neçə saat bundan öncə nazirliyin əməkdaşları Adil Eyyubovu Xırdalan şəhərində gecələdiyi yerdən götürərək Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa gətirdilər. A.Eyyubov burada stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcək. Bu müddətdə onun normal həyat tərzinə qayıdışı, həmçinin məşğulluq orqanları ilə birgə işlə təminatı üçün müvafiq işlər aparılacaq. A.Eyyubovun sosial sığınacağa ehtiyac duyduğu barədə bizi məlumatlandırdığınız üçün sizə təşəkkür edirik".

Movqe.az saytı da öz növbəsində KİV tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən müraciətlərə belə operativ reaksiya verdiyi, sığınacağa ehtiyacı olan şəxsin dərhal qayğısına qaldığı üçün nazirliyə, onun rəhbərliyinə və bütün əməkdaşlarına öz təşəkkürünü bildirir.   

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz