Əlaqə Arxiv
news Image
2019.01.16
12:29
| A A A
Nazirin qəbul vaxtı dəyişdi

Movqe.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. Nazir 24.01.2019-cu il tarixində saat 12:00-da Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz