Əlaqə Arxiv
news Image
2019.01.16
16:31
| A A A
“Azərsu” da gücləndirilmiş rejimə keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin dəyişəcəyi barədə xəbədarlığı ilə bağlı daha bir qurum gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə Movqe.az-a məlumat verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurumun rayon sukanal idarələrinin rəhbərlərinin iştirakı ilə geniş iclas keçirilib:

“İclasda qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına əsasən, küləkli günlərdə yerli sukanal idarələri gücləndirilmiş rejimdə çalışacaqlar. Həmçinin, növbətçilik təmin olunacaq. Ümumiyyətlə çalışacağıq ki, əhali əvvəlki günlərdə olduğu kimi dayanıqlı, keyfiyyətli içməli su ilə təmin olunsun”.

A.Cəbrayıllının sözlərinə görə, “Azərsu” əməkdaşalrı 2 gün ərzində yarana biləcək problemi qısa müddətdə aradan qaldırmağa çalışacaq.

Sizin Reklam Yeriniz