Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə "donuz qripi" virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Movqe.az-a bildirilib ki, bu barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Qeyd olunub ki, ölkədə "donuz qripi" virusu yayılmayıb: "Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır".