Əlaqə Arxiv
news Image
2019.01.16
22:20
| A A A
Dövlət Gömrük Komitəsinin sədri İtaliya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Yanvarın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari və İtaliya Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində İtaliya Maliyyə Qvardiyasının eksperti, general Klaudio Ramponi ilə görüşüb.
    Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı sıx əməkdaşlıq münasibətlərindən danışaraq bildirib ki, bütün sahələrdə qurulan əlaqələr dostluq və tərəfdaşlıq zəminində yüksələn xətlə inkişaf etməkdədir.  Gömrük sahəsində də qurulan səmərəli əməkdaşlıqdan söz açan Səfər Mehdiyev əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gömrüyünün Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində formalaşaraq  dünya gömrük ailəsində özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.
   Daha sonra ölkə başçısının gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlara toxunan Komitə sədri kağızsız texnologiyalar əsasında fəaliyyət göstərən Azərbaycan gömrüyünün ən müasir yenilikləri və tətbiqləri həyata keçirərək beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasına öz töhfəsini verdiyini bildirib. Vurğulanıb ki, islahatlar çərçivəsində şəffaflığın təmin olunması, korrupsiya ilə mübarizə, gömrük-biznes münasibətlərinin inkişafı istiqamətində atılan addımlar  həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə sahəsində ciddi nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb. O da qeyd olunub ki, fevral ayının 1-də etibarən idxal-ixrac əməliyyatları zamanı “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi həyata keçiriləcək və bu da məmur-vətəndaş təmasının minimum endirilməsinə, sərhədkeçmə prosesinin sürətlənməsinə və ticarətin daha da asanlaşdırılmasına imkan verəcək.
     Azərbaycanın xarici ticarət dövriyyəsində ön sıralarda yer alan  İtaliyanın ölkəmizin  strateji ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən DGK sədri Səfər Mehdiyev iki ölkə arasında qurulan səmərəli əməkdaşlığa gömrük orqanlarının da mühüm töhfə verdiyini  bildirib və qarşılıqlı münasibətlərin daha da güclənəcəyinə əminliyini ifadə edib.
       İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkürünü bildirib və ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib. Səfir Azərbaycan gömrüyünün  sürətlə inkişaf etdiyini, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.
 İtaliya Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində İtaliya Maliyyə Qvardiyasının eksperti, general Klaudio Ramponi də öz növbəsində, ölkəmizdən, onun inkişafından və gömrük orqanlarındakı islahatlardan məmnunluqla bəhs edib.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz