Əlaqə Arxiv
news Image
2019.01.17
13:02
| A A A
41 nəfər kimsəsiz Sosial Sığınacağa yerləşdirildi-Nazirlik

Bu gün gecə saat 01:30 radələrində Nəsimi rayon ərazisində getməyə yeri olmadığı müəyyən edilən şəxs rayon polis əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına gətirilib. Movqe.az-a Nazirlikdən verilən məlumata görə, üzərində heç bir sənəd olmayan və özünü Rasim Abdullayev kimi təqdim edən şəxs sığınacağa yerləşdirilib. Tibbi müayinə olunub və hazırda sığınacaqda zəruri sosial-məişət xidmətləri ilə təmin edilir.

Xatırladaq ki, ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Fondun həm 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağı, həm də Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi gücləndirilmiş iş rejimində işləyirlər. Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq həmin müəssisələrdə yerləşdiriləcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında hazırda 41 nəfər adam var. 

Sığınacaqlarla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz