Əlaqə Arxiv
news Image
2019.01.18
13:59
| A A A
Azərbaycanda böyük yaşlı əhaliyə bu xəstəliyə görə peyvənd vurulacaq: "Artıq peyvəndlər sifariş verilib"-ÖZƏL

Azərbaycanda böyük yaşlı əhali arasında qızılcaya görə vaksinasiya tədbirləri aparılacaq. Bu sözləri Movqe.az-a eksklüziv açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. A. Əliyeva bildirib ki, qonşu Gürcüstanda əhali arasında qızılca xəstəliyi yayılsa da, Azərbaycanda qızılcaya kütləvi yoluxma halı müşahidə olunmur: "Biz hər ilin aprel ayında qızılca və məxmərəyə qarşı uşaqlar arasında peyvəndləmə işi aparırıq. Peyvənddən kənar qalan uşaqlar bu tədbirə cəlb olunur. Bu gün zərurət olmasa da qızılcaya qarşı vaksinasiya tədbirlərinin böyük yaşlı əhali arasında da aparılması nəzərdə tutulub. Bunun üçün artıq peyvənd sifariş verilib. Peyvənlər gələn kimi böyük yaşlı əhali arasında da qızılcaya qarşı vaksinasiya tədbirləri planlı şəkildə aparılacaq.  Artıq Səhiyyə Nazirliyi UNİCEF-ə 106 min doza vaksinin ölkəyə gətirilməsi, başqa sözlə 106 min nəfərin vaksin edilməsi üçün sifariş verib. Vaksinlər böyüklərin immunizasiyası üçün istifadə edilləcək. Vaksinlər gətirildikdən sonra nazirliyin əmrinə müvafiq olaraq, 18 yaşından yuxarı olan şəxslər ərazi poliklinikalarına müraciət edərək peyvənd edilə biləcəklər. Vaksinlərin Azərbaycana martın sonu-aprelin əvvəlində gətirilməsi nəzərdə tutulur. Uzun illərdir ki, Avropa ölkələrində qızılcanın yayılması prosesi dayanmır. Bizimlə həmsərhəd olan Gürcüstanda da qızılcaya yoluxanların sayında artım baş verib. Azərbaycanda da əhali xarici ölkələrə səfərlər edirlər. İnsanlar peyvənd edilərsə, immunitetləri yarandıqları üçün xəstələnməzlər. Ona görə də insanların peyvənd edilməsi çox vacibdir”.

Xatırladaq ki,  Gürcüstanda yanvarın 1-dən sonra qızılcaya 335 yoluxma hadisəsi qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko  ölkədə qızılcaya yoluxma epidemik həddə çatdığını bu xəstəliyə qarşı yeganə mübarizə yolunun vaksinasiya olduğunu bildirib: “Hökumətin bugünkü iclasında qızılcaya qarşı peyvəndin bütün vətəndaşlar üçün ödənişsiz olması barədə qərar qəbul ediləcək”.
Zülfiyyə QULUYEVA 
Sizin Reklam Yeriniz