Əlaqə Arxiv
news Image
2019.01.18
20:03
| A A A
Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

“Silk Way Helicopter Services” (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib.

Movqe.az xəbər verir ki, bu barədə “Silk Way Helicopter Services”dən verilib.

Bildirilib ki, uçuş bütün struktur bölmələrin fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılıb və həyatı üçün heç bir təhlükə yoxdur.

 

(Report.az)

Sizin Reklam Yeriniz