Əlaqə Arxiv
news Image
2019.01.22
13:36
| A A A
Nazirlik daha bir kimsəsizi Sosial Sığınacağa yerləşdirdi-FOTO

Əmək və Əhalinin Sosial Mdafiəsi Nazirliyi daha bir kimsəsiz ahılaa sahib çıxıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Movqe.az-a açıqlamasında bildirib ki, 1952-ci il təvəllüdlü Abasova Zivər Teymur qızının daimi yaşayış yeri olmadığı üçün paytaxtdakı ticarət mərkəzlərindən birində gecələdiyi barədə nazirliyə daxil olan məlumatla əlaqədar müvafiq tədbir görülüb: "Dünən axşam saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Z.Abasovanı gecələdiyi yerdən götürərək Sosial Sığınacağa gətiriblər. O, burada geyim, qida və sosial-məişət xidmətləri ilə tam təmin olunur. Bundan sonra Z.Abasova həmişəlik dövlətin himayəsi altında yaşayacaq".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan əvvəl də sosial şəbəkələrdə, eləcə də KİV-də küçədə gecələyən vətəndaşlarla bağlı yayılan məlumatları operativ araşdıraraq onların sığınacağa yerləşdirilməsini təmin edib. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz