Fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisina başlanacaq. Movqe.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli bildirib.
V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək:
"Umumilikdə taksi sayının yuxarı həddi müəyyən olunub. Hazırda müəyyən istiqamətlərdə qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mini keçmir. Demək geri qalan taksilər qanunsuz olaraq fəaliyyət göstərir".
BNA rəsmisnin sözlərinə görə, 240 taksi duracağının yeri müəyyənləsdirilib: "Yerlərin müəyyən edilməsi çətin prosesdir. Çünki bu zaman bütün faktorlar, amillər nəzərə alınıb. Bura sərnişin axınından tutmuş təhlükəsizlik məsələlərinədək bütün amillər daxildir".